ABŞ-nin növbəti prezidenti kim olacaq? - Elon Mask AÇIQLADI


Məşhur sahibkar İlon Mask ABŞ-nin hazırkı vitse-prezidenti Cey Di Vensin növbəti ölkə başçısı olacağını bildirib.

Turkustan.az xəbər verir ki, bu barədə Amerikanın “Politico” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin iddiasına görə, Mask bu fikirləri noyabrın 22-də ABŞ hökumətinin fəaliyyətinin effektivliyinin artırılması üzrə qurumun (DOGE) əməkdaşları qarşısında çıxışı zamanı bildirib. Bu, videoya çəkilib, lakin ictimaiyyətə yayımlanmayıb.

“Tesla”nın rəhbəri çıxışı zamanı Donald Trampın hazırkı prezidentlik müddəti və Vensin sonrakı iki müddətinə istinad edərək ABŞ-nin “böyük 12 illik dövr” astanasında olduğunu açıqlayıb.

Yazıda Maskın Venslə yaxşı münasibət qurduğu da qeyd edilir. ABŞ-də növbəti prezident seçkisi 2028-ci ilə təyin edilib və vitse-prezident hələlik namizədliyini irəli sürmək planlarını qəti şəkildə açıqlamayıb. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ