2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.
Turkustan.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, gələn il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 20, 21-i Ramazan bayramı, mayın 27, 28-i Qurban bayramı günləri müəyyən edilib.
Həmin günlər iş günü hesab edilmir.