Putin ABŞ nümayəndəsi Vitkoff ilə görüşdü: "Görüləcək çox iş var"


Rusiya prezidenti Vladimir Putin Kremldə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff ilə görüşüb.

Turkustan.az xəbər verir ki, təxminən 5 saat davam etdiyi bildirilən görüşlə bağlı Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriev açıqlama verib və görüşün məhsuldar keçdiyini bildirib.

Kremlin Xarici Siyasət müşaviri Yuri Uşakov görüşlə bağlı açıqlamasında ABŞ tərəfi ilə təmasların davam edəcəyinə işarə edərək, "Putin və Witkoff arasındakı görüş konstruktiv, faydalı və mənalı keçdi" dedi.

Uşakov Ukraynada razılığa gəlmək üçün bir sıra variantları müzakirə etdiklərini bildirib.

Uşakov ABŞ tərəfi ilə görüşün mahiyyəti ilə bağlı məlumatı ictimaiyyətlə paylaşmamaq barədə razılığa gəldiklərini, ərazi güzəştləri məsələsində hələlik həll yolunun tapılmadığını bildirib.

"Biz böhranın həllinə yaxın deyilik, lakin ondan da uzaq deyilik. Görüləcək çox iş var", - Uşakov bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ