Trampdan Şaraya böyük etimad: Ona çox güvənirəm!


ABŞ prezidenti Donald Tramp Suriyanın qısa müddətdə böyük bir yol keçdiyini qeyd edərək, “Ona (Suriya prezidenti Əhməd Şara) böyük güvənirəm” deyib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp Ağ Evdə keçirdiyi tədbirdə mətbuat mənsublarının cari hadisələrlə bağlı suallarını cavablandırıb.

Suriyadakı son hadisələrlə bağlı suala Tramp, "Məncə, Suriya qısa müddətdə çox böyük yol keçib. Suriyanın yeni lideri (Əhməd Şara) üç həftə əvvəl burada idi. O, həqiqətən də ölkəsini düzəltməyə və xalqını bir araya gətirməyə can atır. Bu, asan iş deyil. Orada əsrlərdir davam edən problemlər var, amma mən onun işini çox yaxşı yerinə yetirəcəyini düşünürəm" dedi.

Bildirək ki, ABŞ prezidenti Tramp noyabrın 10-da Ağ Evdə Suriya prezidenti Şaraa ilə bağlı qapılar arxasında görüş keçirib.

Görüş zamanı Suriyaya qarşı sanksiyaların ləğvindən tutmuş regional problemlərə qədər bir çox mövzunun müzakirə edildiyi qeyd edilib.

Şaranın Trampla görüşü Suriya dövlət başçısı ilə ABŞ prezidenti arasında Ağ Evdə ilk görüş kimi qeydə alınıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ