Zaxarova Paşinyanın türklərlə bağlı çıxışına CAVAB VERDİ


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın türklərlə bağlı səsləndirdiyi fikirlərə cavab verib.

Turkustan.az xəbər verir ki, bu barədə o, Telegramda paylaşım edib.

Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyan türklərlə bağlı formalaşmış stereotiplərin Rusiya tərəfindən yaradıldığını bildirib.

“Biz deyirik ki, “türk heç vaxt dəyişmir”, türklərin də ermənilər haqqında eyni fikri var. Biz “azərbaycanlıya necə etibar etmək olar?”’ deyirik, onlar da “erməniyə necə etibar etmək olar?” deyirlər. KQB agentləri tərəfindən formalaşdırılmış dünyagörüşündən azad olmalıyıq”, – deyə o qeyd edib.

Zaxarova isə KQB-nin yalnız 1954-cü ildə, Osmanlı İmperiyasında erməni soyqırımından təxminən 40 il sonra yaradıldığını xatırladıb və bu cür ittihamların əsassız olduğunu deyib.

“Osmanlı İmperiyasında Erməni Soyqırımı 1915-ci ildə, KQB-nin yaradılmasından təxminən 40 il əvvəl başlayıb”, – o vurğulayıb./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ