Qara dənizdə Rusiya tankerinə hücum edildi


Qara dənizdəki son tanker hücumları bu gün də davam edir.

Turkustan.az xəbər verir ki, ötən şənbə “Kairos” və “Virat” gəmilərinə hücum edildiyi halda, bu gün Rusiyanın “MIDVOLGA-2” tankerinə də hücum edilib.

Dəniz İşləri Baş İdarəsindən verilən açıqlamaya görə, Rusiyaya məxsus MIDVOLGA-2 tankeri günəbaxan yağı yükü ilə Rusiyadan Gürcüstana gedərkən Türkiyə sahillərindən 80 mil aralıda hücuma məruz qalıb.

Tankerin 13 ekipaj üzvü arasında heç bir xoşagəlməz hadisə qeydə alınmayıb və gəmidən heç bir yardım tələb olunmayıb. Gəmi hazırda mühərrikləri işlək vəziyyətdə Sinop istiqamətində hərəkət edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ