İsrailin baş naziri Benyamin Netanyahu Suriya ilə paytaxt Dəməşqdən başlayaraq cənubdakı bufer zonasına qədər olan ərazinin silahsızlaşdırılması ilə bağlı razılaşma şərtini irəli sürüb.
Turkustan.az xəbər verir ki, baş nazirliyin mətbuat xidmətindən verilən yazılı açıqlamaya görə, Netanyahu noyabrın 28-də İsrail ordusunun Suriyanın cənubundakı Beyt Cin qəsəbəsinə basqını zamanı baş verən qarşıdurmalarda yaralanan əsgərləri qaldıqları xəstəxanada ziyarət edib.
Netanyahu “suriyalılarla yaxşı iradə və anlayışla razılaşmağın mümkün olduğunu” desə də, “onların da öz prinsiplərini qorumaqda qərarlı olduqlarını” müdafiə edib.
Suriya ilə razılaşmanın Dəməşqdən cənub bufer zonasına qədər olan ərazilərin, o cümlədən İsrailin işğalı altında olan Hermon dağının ətrafı və zirvəsinin silahsızlaşdırılmasını tələb edəcəyini şərtləndirən Netanyahu, İsrail ordusunun Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada işğal etdiyi ərazilərdə qalacağını bildirib.
Aytən Yaşar/ Turkustan.az