Tramp: Lazım gəlsə, Venesuelaya zərbə endirəcəyik


ABŞ prezidenti Donald Tramp, Venesueladan ABŞ-a narkotik qaçaqmalçılığının qarşısını almaq üçün dənizdəki qayıqlarla yanaşı, “lazım gələrsə, Venesuela ərazisini də vura biləcəklərini” söylədi.

Turkustan.az xəbər verir ki, ABŞ Prezidenti Tramp Ağ Evdə keçirdiyi təxminən iki saatlıq canlı rejimdə Nazirlər Kabinetinin iclasından sonra gündəmlə bağlı mətbuat mənsublarının suallarını cavablandırıb.

Tramp ABŞ ordusunun Venesuelaya artan təzyiqi və Karib dənizi regionunda “narkotik daşıdığı iddia edilən” qayıqlara hücumları şərh edib.

Venesuela və Kolumbiya kimi ölkələrdən Amerika ərazisinə keçdiyini iddia etdiyi narkotiklərlə mübarizədə qərarlı olduqlarını açıqlayan Tramp, bunun üçün lazım olan hər şeyi edəcəklərini və bu mövzuda tam səlahiyyətlə Pentaqona icazə verdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ