Papanın xaricə ilk rəsmi səfəri başladı: Ərdoğan onu qarşıladı


Vatikan prezidenti Papa XIV Leo ilk xaricə rəsmi səfəri üçün Türkiyəyə gəlib.

Turkustan.az xəbər verir ki, Papa XIV Leo-nun ilk dayanacağı Anıtkabir oldu. Papa Atatürkün məqbərəsinə əklil qoyduqdan və Anıtkabirin xüsusi qonaqlar kitabını imzaladıqdan sonra Prezident Kompleksinə keçib.

Prezident Rəcəb Tayyib Ərdoğan Papa XIV Leo-nu rəsmi mərasimlə qarşılayıb. Prezident Ərdoğan Papa XIV Leo ilə təkbətək görüşəcək və nümayəndə heyətləri arasında baş tutacaq görüşdən sonra qonaqlar qarşısında çıxış edəcək.

Roma Papası vətəndaş cəmiyyəti və diplomatik nümayəndələr, eləcə də rəsmi şəxslərlə də görüşəcək.

Papa XIV Leo Prezident Kompleksindəki görüşlərindən sonra Diyanət İşləri Başçılığına gedəcək və Diyanət İşləri Başçısı Safi Arpaquş ilə görüşəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ