ABŞ-da Milli Qvardiya əsgərlərinin güllələnməsi etirazlara səbəb oldu


17-ci əsrdə ABŞ-da qurulan və dövrün mütəşəkkil milislərindən bugünkü nizami hərbi birliklərə çevrilən Milli Qvardiya həm ölkə daxilində, həm də xaricdə “sülhdə mülki vətəndaş, müharibədə əsgər” kimi vəzifələri yerinə yetirir.

Turkustan.az xəbər verir ki, dünən Vaşinqtonda iki Milli Qvardiyanın əsgərinin güllələndiyi hücum “terror aktı” olaraq qiymətləndirilir və Milli Qvardiyanın tarixini, fəaliyyətini və strukturunu sual altına alıb.

Dünən Ağ Evin yaxınlığında növbətçi olan iki Milli Qvardiyanın güllələndiyi və şübhəlinin tutulduğu bildirilir. FTB direktoru Kash Patel atışmanı “milli təhlükəsizlik məsələsi” kimi qiymətləndirib.

Vaşinqton meri Muriel Bouzer "məqsədli hücum" olaraq xarakterizə etdiyi hadisəni hərtərəfli araşdıracaqlarını bildirib.

ABŞ prezidenti Donald Tramp “heyvan” kimi təsvir etdiyi hücumçunun “ağır bədəl ödəyəcəyini” bildirib. Tramp hadisəni “nifrət dolu bir hərəkət” kimi qiymətləndirib və bunu “terror hücumu” kimi qiymətləndirdiklərini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ