Merz: Rusiya aktivləri Ukraynanı maliyyələşdirmək üçün istifadə olunur


Almaniya kansleri Fridrix Merz ümid etdiyini bildirib ki, Avropa İttifaqı (Aİ) liderləri Ukraynaya “dondurulmuş Rusiya aktivləri ilə dəstəklənən” 140 milyard avroluq kredit verməyə razı olacaqlar.

Turkustan.az xəbər verir ki, Aİ Liderlər Zirvəsi ərəfəsində Brüsseldə jurnalistlərə açıqlama verən Merz deyib ki, onlar sammitdə Ukraynaya dəstəyi artırmaq və Aİ-nin müdafiə qabiliyyətini gücləndirmək yollarını axtaracaqlar.

"Rusiyanın aktivlərini müzakirə edəcəyik", - Merz deyib. "Təklifim geniş miqyasda bəyənildiyi üçün minnətdaram. Bununla belə, müzakirə etməli olduğumuz bir sıra ciddi etirazlar var. Bu, xüsusilə Belçika dövlətinə və onun məsuliyyətinə aiddir. Bu, bu gün müzakirə edəcəyimiz mövzudur. Amma inanıram ki, bu məsələdə də irəliləyiş əldə edəcəyik".

Keçən ay Almaniya kansleri Fridrix Merz Kiyevin hərbi potensialını gücləndirmək və Moskvanı danışıqlar masasına çəkmək üçün Ukraynaya dondurulmuş Rusiya aktivləri ilə dəstəklənən təxminən 140 milyard avro faizsiz kredit verməyi təklif etmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ