Ukrayna Prezidenti Vladimir Zelenski prezident seçkilərini keçirməyə hazır olduğunu bəyan edib.
Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı “La Repubblica” nəşrinə açıqlamasında bildirib.
"Mən həmişə hazıram", - deyə o vurğulayıb.
Zelenski, həmçinin İtaliyaya səfərinin yekununu şərh edərkən əlavə edib ki, bu ölkə hökumətinə güvənir və rəsmi Romanın Ukraynaya kömək göstərəcəyini gözləyir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp “Politiko”ya müsahibəsində Ukraynada prezident seçkilərinin keçirilməli olduğunu bildirib.
Onun sözlərinə görə, Ukrayna rəsmiləri yeni seçkilərin keçirilməsindən yayınmaq üçün müharibə məsələsindən istifadə edirlər. /axar.az/