Yeddi mərtəbəli binada dəhşətli yanğın: 22 nəfər öldü


İndoneziyanın paytaxtı Cakartada 7 mərtəbəli binada baş verən yanğın nəticəsində 22 nəfər ölüb.

Turkustan.az xəbər verir ki, İndoneziya polis rəsmiləri Cakartada pilotsuz uçan aparatların satıldığı yeddi mərtəbəli binada yanğın baş verdiyini açıqlayıb.

Səlahiyyətlilər, 3 saatlıq müdaxilədən sonra nəzarət altına alınan yanğında 22 nəfərin həyatını itirdiyini bildirdi.

Səlahiyyətlilər yanğının səbəbinin araşdırılmasının davam etdiyini və yanğının binanın birinci mərtəbəsində baş verdiyini və oradan digər mərtəbələrə keçə biləcəyini bildirib.

Hadisə zamanı binada olan şahid yanğının dron batareyasında qısaqapanma və ya istilik nasazlığı nəticəsində yaranan partlayış nəticəsində baş verdiyi ehtimal edildiyini deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ