ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalist Daşa Börnslə çox müzakirə olunan müsahibə verib.
Turkustan.az xəbər verir ki, ABŞ rəhbərliyinin Latın Amerikasında narkotik ticarəti ilə əlaqəli olduğu iddia edilən hədəflərə qarşı atılan hərbi tədbirləri daha da genişləndirə biləcəyini söyləyən Donald Tramp, "Maduronun günləri sayılı" dedi.
"Mən bununla bağlı qərar qəbul etmək və ya qərar verməmək istəmirəm. Mən bu barədə danışmıram", - Tramp Venesuelaya quru qoşunlarının yerləşdirilməsi ilə bağlı deyib. “Mən sizinlə hərbi strategiya haqqında danışmaq istəmirəm”.
Tramp bildirib ki, o, narkotik ticarətinin geniş yayıldığı Meksika və Kolumbiya kimi digər ölkələrdəki hədəflərə qarşı güc tətbiq etməyi düşünə bilər.
Aytən Yaşar/ Turkustan.az