Rusiyanın İvanovo vilayətində An-22 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Turkustan.az xəbər verir ki, "An-22 hərbi-nəqliyyat təyyarəsi İvanovo vilayətində təmirdən sonra sınaq uçuşu zamanı təcrid olunmuş ərazidə qəzaya uğrayıb", - Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Açıqlamada hadisə yerinə axtarış-xilasetmə qruplarının göndərildiyi, təyyarədəki heyətin taleyinin aydın olmadığı qeyd edilib.
Həmçinin təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılacağı bildirilib.
Rusiya mətbuatı təyyarədə 7 nəfərin olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az