Həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri Əkrəm İmamoğlu barədə şok iddialar ortaya çıxıb.
Turkustan.az publika.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Fatih Atik məlumat yayıb.
Onun sözlərinə görə, İmamoğlunun psixoloji vəziyyəti pisləşməyə başlayıb.
Belə ki, həbsxanada üzləşdiyi çətinliklər onun ruhi vəziyyətinə mənfi təsir edir.
Atik vəkillərin İmamoğlunun stress altında divarlara yumruq vurduğu və başına zərbə endirdiyi barədə məlumat verdiklərini iddia edib.