Kallas Aİ tənqidçilərini diqqətini Rusiyaya yönəltməyə çağırır


Avropa İttifaqında azadlıqların məhdudlaşdırıldığını iddia edənlər faktiki olaraq insanların hüquqlarının boğulduğu Rusiyaya diqqət yetirməlidirlər və Aİ-də “azadlıqların məhdudlaşdırılması” ilə bağlı sərt bəyanatlar təxribata bənzəyir.

Turkustan.az xəbər verir ki, bunu bu gün, dekabrın 9-da Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaia Kallas Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin Brüsseldə keçirilən iclasında fikir mübadiləsi zamanı deyib.

“Avtokratik rejimdə yaşamış bir vətəndaş kimi sizə deyə bilərəm ki, Avropa İttifaqı azadlığın özüdür, ona görə də ölkəmizdə azadlıqların bu cür tənqidi başqa istiqamətə - bəlkə də müxalif fikrin qadağan olunduğu, azad medianın qadağan olunduğu, siyasi müxalifətin qadağan edildiyi, X sosial şəbəkəsinin faktiki olaraq qadağan edildiyi Rusiyaya yönəldilməlidir”.

O xatırladıb ki, 27 ölkə könüllü olaraq əməkdaşlıq etmək qərarına gəlib, daha bir neçə dövlət isə bloka qoşulmaq istəyir.

O, eyni zamanda, belə ifadələrin Aİ-nin müəyyən reaksiyasına səbəb ola biləcək bir növ təxribat olduğu qənaətindədir. Öz növbəsində, reaksiyalar, Kallasın fikrincə, Avropanın ən böyük tərəfdaşı olan ABŞ-la münasibətlərdə, eləcə də Aİ üzvləri arasında münasibətlərdə fikir ayrılığına səbəb ola bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ