Belçika Müdafiə Naziri: Türkiyəyə ehtiyacımız var!


Belçika naziri Türkiyə-Belçika Müdafiə Sənayesi Günündə əməkdaşlığın vacibliyini vurğulayıb.

Turkustan.az xəbər verir ki, Belçikanın Müdafiə və Xarici Ticarət naziri Teo Franken Türkiyəsiz Avropanın təhlükəsiz ola bilməyəcəyinə diqqət çəkərək, "Bizim türk xalqına, türk sənayesinə, türk siyasətinə, türk diplomatiyasına ehtiyacımız var. Bunun çox əhəmiyyətli olduğunu düşünürəm. Türkiyəsiz təhlükəsizlik ssenarisinə inanmıram" dedi.

Türkiyənin Brüssel səfiri Barış Tantekinin rəsmi iqamətgahında təşkil etdiyi ziyafətə qatılan Francken AA müxbirinə açıqlamalar verib.

Dekabrın 8-də ilk dəfə keçirilən Türkiyə-Belçika Müdafiə Sənayesi Gününə qatıldığını və bunun çox əhəmiyyətli bir tədbir olduğunu bildirən Francken, "Türkiyə və Belçika olaraq əməkdaşlıq etməli və birlikdə çalışmalıyıq" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ