Almaniya kansleri Fridrix Merz bəyan edib ki, Avropa və buna görə də Almaniya təhlükəsizlik siyasəti baxımından ABŞ-dan qat-qat müstəqil olmalıdır.
Turkustan.az xəbər verir ki, Merz Mainzdə Reynland-Pfalts baş naziri Aleksandr Şvaytserlə birgə mətbuat konfransında ABŞ administrasiyasının yeni milli təhlükəsizlik strategiyası ilə bağlı sualları da cavablandırıb.
Merz ABŞ-ın təhlükəsizlik strategiyasının mahiyyət etibarı ilə onu təəccübləndirmədiyini və bu günə qədər hər bir Amerika administrasiyasının yeni prezidentin səlahiyyət müddətinin birinci ilində ona yenidən baxdığını bildirib.
Merz sənədin ABŞ-ın vitse-prezidenti J.D.Vansın fevral ayında Münhen Təhlükəsizlik Konfransındakı çıxışında söylədikləri ilə demək olar ki, eyni olduğunu qeyd edərək, "Bəzi hissələr ağlabatan, bəzi hissələr başa düşülən, bəzi hissələr Avropa baxımından qəbuledilməzdir. Amerikalıların Avropada demokratiyanı xilas etmək istəməsinə heç bir ehtiyac görmürəm. Biz bunu indi xilas edə bilsəydik" dedi.
Aytən Yaşar/ Turkustan.az