Trampdan Azərbaycan açıqlaması: “Məsələni həll etdim”


“Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına mane olan məsələlərdən biri də prezidentlər Volodimir Zelenski və Vladimir Putinin bir-birinə nifrət etməsidir”.

Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Politico”ya müsahibəsində deyib.

Amerika lideri bu barədə danışarkən, Ermənistan-Azərbaycan münaqişəsinin dayandırılması ilə bağlı səylərinə də toxunub:

“Putin Baydenə heç hörmət etmirdi, eləcə də Zelenskiyə. Zelenskini bəyənmir. (Rusiya və Ukrayna liderləri) Onlar bir-birilərini həqiqətən nifrət edirlər. Problemin bir hissəsi də budur: bir-birilərinə çox nifrət edirlər. Bu durumda onlar üçün saziş bağlamaq çox çətindir. Ən çətinlərdən biridir.

Mən səkkiz müharibəni həll etmişəm, bunu etsəydim, doqquzuncu olardı. Ən asan, ya da ən asanlardan biri ola bilərdi. Məsələn, 36 il davam edən bir münaqişəni (Ermənistan-Azərbaycan müharibəsini nəzərdə tutur – red.) həll etmişəm. Pakistan-Hindistan məsələsini həll etmişəm. Çoxlu müharibələri həll etmişəm. Bununla çox fəxr edirəm. Bunu kifayət qədər rutini şəkildə, asanlıqla edirəm. Mənim üçün çətin deyil. Mən sazişlər bağlayıram, amma bu (Rusiya-Ukrayna müharibəsi) çətindir. Səbəblərdən biri də Putin ilə Zelenski arasında nifrətin çox böyük olmasıdır”.


MANŞET XƏBƏRLƏRİ