Qəzza zolağında minlərlə fələstinli öz evinə piyada qayıdıb.
Turkustan.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra minlərlə məcburi köçkün fələstinli Qəzza zolağındakı evlərinə qayıtmağa başlayıb.
Aralıq dənizi sahili boyunca yerləşən müvəqqəti məskunlaşma düşərgələrindən Qəzza zolağına dönmək istəyən, evlərinə qayıtmaq ümidi ilə yaşayan sakinlər sevinclərini gizlətmirlər.
“Müharibənin bitdiyi eşitdikdən sonra hiss etdiklərimi təsvir etmək mümkün deyil. Əvvəlki kimi normal həyata qayıtmaq bir nemətdir”, – evinə qayıdan Qəzza sakinlərindən biri deyib.
Qeyd edək ki, Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında atəşkəs razılaşması cümə günü qüvvəyə minib.
/Globalinfo.az/
Əliyar Xəlil