Paşinyan yeni respublikanın yaradıldığını elan etdi


Ermənistan “sülh üzərində” qurulmuş Dördüncü Respublika olacaq.

Turkustan.az xəbər verir ki, respublikanın yeni konstitusiyasının qəbulu barədə danışan baş nazir Nikol Paşinyan "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, üçüncü respublika dövründə (1991-ci ildən bəri) qəbul edilmiş konstitusiya nə sülhə, nə də xalqın iradəsinə əsaslanır. Paşinyan qeyd edib ki, bu, aydın və danılmaz prinsip olacaq.

"Üçüncü Respublika münaqişə məntiqi üzərində qurulub, biz isə sülh məntiqinə əsaslanan Dördüncü Respublika yaradırıq", - deyə Ermənistan Nazirlər Kabinetinin rəhbəri bəyan edib./publika.az


MANŞET XƏBƏRLƏRİ