İstanbulda İrem Derici və Hadisə Açıkgöz də daxil olmaqla bir neçə tanınmış sima barəsində narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə ittihamı ilə istintaq başladılıb.
Turkustan.az xəbər verir ki, məşhurlar ifadələri və qan nümunələri üçün İl Jandarma Komandanlığına aparılıb.
İstanbul Respublika Prokurorluğu Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərə Qarşı Mübarizə Bürosu, aralarında məşhur adların da olduğu şübhəlilər haqqında "narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə" cinayəti ilə bağlı araşdırmalara başlayıb.
SİYAHIDA 19 MƏŞHUR ADLAR VAR.
İstintaq çərçivəsində İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Hadisə Açıkgöz, Berrak Tüzünataç, Duygu Özaslan, Demet Evgar, Meriç Aral, Özge Özpirinçci, Mert Yazıcıoğlu, Feyza Altun, Derin Talu, Deren Talu, Ziynet Sali , Birce Polat, Akülin Eng, Polan Akalay, Akülin Eng, Ceren Moray ifadələrini vermək və qan nümunələri götürmək üçün İstanbul İl Jandarma Komandanlığına aparılıb.
Aytən Yaşar/ Turkustan.az