Rusiya: Fələstin problemi həll olunmasa, Yaxın Şərqdə sülh mümkün deyil


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Fələstin məsələsinin iki dövlət prinsipi əsasında ədalətli və beynəlxalq hüquqa uyğun həlli Yaxın Şərqdə davamlı sülhün yeganə yoludur.

Turkustan.az xəbər verir ki, Moskvada keçirdiyi mətbuat konfransında çıxış edən Zaxarova, İsrailin Qəzzaya hücumları nəticəsində 67 mindən çox fələstinlinin həlak olduğunu, 170 mindən çox insanın yaralandığını və mülki infrastrukturun 90 faizinin dağıldığını qeyd edib.

O, Rusiyanın Qəzzada atəşkəsə nail olmaq üçün göstərdiyi səylərin Qərb tərəfindən əngəlləndiyini bildirib və ABŞ-ın bu məsələdə planlarını dəstəklədiklərini əlavə edib.

Zaxarova vurğulayıb ki, Fələstin xalqının hüquqlarının pozulması regionda və dünyada radikal meyllərin artmasına səbəb olur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ