Sumud könüllüləri İsrail həbsxanalarında aclıq aksiyasına başladı


İsrailin blokadasını yarmaq üçün Qəzzaya gedən və qeyri-qanuni həbs edilən Qlobal Sumud Donanmasının könüllülərinin İsrail həbsxanalarında aclıq aksiyasına başladığı bildirilir.

Turkustan.az xəbər verir ki, ABŞ mərkəzli X şirkətinin sosial media platformasından verilən açıqlamada donanmadan 42 könüllünün İsrail həbsxanalarında kütləvi aclıq aksiyasına başladığı açıqlanıb.
“Qlobal Sumud Flotillasının 42 könüllüsü İsrail həbsxanalarında kütləvi aclıq aksiyasına başlayıb”, - deyə məlumatda bildirilir.

Açıqlamada adları paylaşılan fotoda yer alan fəalların bu aksiyanı “Fələstin xalqı ilə həmrəylik” üçün həyata keçirdikləri bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ