Trampdan Qəzza bəyanatı: 2-3 həftə ərzində yaxşı xəbərlər olacaq


ABŞ Prezidenti Donald Tramp, Qəzzadakı vəziyyətin son dərəcə ağır olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Tramp bunları qeyd edib: "2-3 həftə ərzində olduqca yaxşı və qəti bir nəticə əldə edəcəyimizi düşünürəm. Ancaq min illərdir mübarizə apardıqları üçün bu barədə dəqiq danışmaq çətindir. Yenə də bu prosesin artıq sona çatması lazımdır".

Tramp bu fikirləri, ABŞ-ın paytaxtı Vaşinqtonda Oval Ofisdə Cənubi Koreya Prezidenti Li Jae Myunqu qəbul etdikdən sonra, jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

Prezident Qəzzada ciddi humanitar böhranın hökm sürdüyünü vurğulayıb:
"Orada ciddi aclıq var və bu, beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənib. Bu vəziyyət bir an əvvəl həll edilməlidir. İnsanların aclıqdan və zorakılıqdan əziyyət çəkməsinə son qoyulmalıdır."

Tramp Qəzza zolağında prosesin “sonuna yaxınlaşdığına” da işarə edib və vəziyyətin tezliklə sabitləşəcəyinə ümid etdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ