Hizbullahın baş katibi Naim Qasim İsrailin hücumları və tərksilah məsələsi ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Naim Kasım İsrailin atəşkəs razılaşmasına əməl etmədiyinə diqqət çəkərkən: "Bizi İsrail təcavüzündən qoruyan silahlarımızdan əl çəkməyəcəyik" dedi.
Qasım Livan hökumətini tənqid edərək bildirib ki, indiki formada hökumətə Livanın suverenliyini qorumağa etibar etmək olmaz.
Qasım: "İsrail işğal edə bilər, amma biz onların yerləşməsinə və məqsədlərinə çatmasına mane olacağıq. Mübarizə davam edəcək"-deyə, bildirib.
Livan hökuməti qeyri-dövlət qurumlarının silahlarını toplamaq qərarına gəlmişdi, lakin Hizbullah bu qərarı qəbul etməmişdi.
ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Livan hökumətini bu qərarına görə təbrik edib.
Aytən Yaşar/ Turkustan.az