Rusiyada neft emalı zavodu 5 gündür yanır – VİDEO


Rostov vilayətində fəaliyyət göstərən və Cənubi Rusiyanın əsas neft məhsulları tədarükçüsü olan Novoşaxtinsk neft emalı zavodu 5-ci gündür yanır.

Turkustan.az APA-ya istinadən xəbər verir ki, Ukraynanın dron hücumuna məruz qalmış zavod avqustun 21-dən bəri yanır.

Yerli və qonşu bölgələrdən – Krasnodar diyarı, Kalmykiya, Volqoqrad vilayəti və Moskvadan gələn yanğınsöndürənlərin səylərinə baxmayaraq artıq 5-ci gündür ki, zavodda yanğını söndürmək mümkün olmayıb.

CNN-in məlumatına görə, avqust ayının əvvəlindən Rusiyanın ən azı 10 böyük enerji obyektinə, o cümlədən neft emalı zavodlarına dronlarla hücumlar edilib. Ən azı 4 zavod istehsalı dayandırıb. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ