ABŞ senatoru Rusiyaya görə bu ölkələrə xəbərdarlıq etdi


ABŞ senatoru Lindsey Qrem xəbərdarlıq edib ki, Çin, Hindistan və Braziliya Rusiyadan idxal etdikləri neftə 100% rüsum tətbiq edə bilər.

Turkustan.az xəbər verir ki, Fox News-a danışan senator Qrem gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib.

"Rusiya prezidenti Vladimir Putinə müraciət edin" deyən, Qrem: "ABŞ Prezidenti Donald Tramp Rusiya neftini alan Çin, Hindistan və Braziliyaya tariflər tətbiq edəcək. Bu üç ölkə ucuz rus neftinin təxminən 80 faizini alır. Putinin döyüş maşınının hərəkətinə səbəb budur" dedi.

"Tramp bütün bu ölkələrə 100 faiz tariflər tətbiq edəcək, çünki onlar Putinə kömək edirlər", - Qrem xəbərdarlıq edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ