Afinanın Konstantinopol xəyalı: Türkiyə hərəkətə keçməlidir


Yunanıstanın Egey və Aralıq dənizində "dəniz parkları" adı altında atdığı addımlar Türkiyə tərəfindən reaksiyalara səbəb olub.

Turkustan.az xəbər verir ki, bu sözləri türkiyəli yazar Mərd İnan qeyd edib.

O bildirib ki, rəsmi Afinanın “ətraf mühitin qorunması” bəhanəsi ilə həyata keçirdiyi dəniz parkı elanları Türkiyənin dəniz səlahiyyətlərini məhdudlaşdırmaq məqsədi daşıyır:

“Hazırda Yunanıstan dəniz yurisdiksiyasının 18,3%-ni qoruma zonasına çevirib və bu göstəricini 32%-ə çatdırmağı hədəfləyir. Xüsusilə İyon dənizində 18 min km², Cənubi Kiklad adalarında isə 8 min km² ərazinin “park” elan edilməsi Yunanıstanın genişlənmə niyyətlərini ortaya qoyur.

Bununla yanaşı, Yunanıstanın İstanbul üçün “Konstantinopol” adından istifadə etməsi və Yunanıstan Baş Qərargah rəisinin İstanbul və Trakyanı “Helen torpaqları” kimi göstərən xəritə ilə "poz verməsi" Türkiyədə geniş narazılıq doğurub”.

Mövzunu şərh edən beynəlxalq münasibətlər üzrə ekspert Həsən Köni bildirib ki, Yunanıstan, Cənubi Kipr və İsrail birgə enerji koridoru yaratmaq məqsədi ilə Türkiyəyə qarşı siyasi, iqtisadi və hüquqi təzyiqləri artırır:

“Türkiyə bu təzyiqlərə qarşı üç istiqamətdə - hüquqi, diplomatik və ətraf mühit sahələrində cavab verməlidir. Ankara öz mövqelərini BMT, UNESKO və Avropa Şurası kimi platformalarda daha fəal şəkildə müdafiə etməlidir”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ