ABŞ nümayəndə heyəti Suriyada YPG tərəfindən işğal edilən bölgəyə səfər etdi


ABŞ nümayəndə heyətinin Suriyada YPG/SDG terror təşkilatının işğalı altında olan Deyr Hafir bölgəsinə çatdığı bildirilir.

Turkustan.az xəbər verir ki, ABŞ nümayəndə heyəti bölgəni tərk edənə qədər Suriya ordusu təşkilatın Deyr Hafirdəki mövqelərinə qarşı heç bir hərbi əməliyyat keçirməyəcək.

Suriya ordusu dünən mülki əhalinin işğal olunmuş ərazilərdən təhlükəsiz şəkildə təxliyəsi üçün humanitar dəhliz yaradıb. Dəhlizin bu gün saat 09:00-dan 17:00-dək açıq qalacağı açıqlanıb.

YPG/SDG terror təşkilatı bölgəni tərk etmək istəyən mülki şəxslərin silah gücü ilə buna mane olmağa davam edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ