Almaniya: Şara 19-20 yanvar tarixlərində Berlinə səfər edəcək


Almaniya hökumətinin sözçü müavini Sebastian Hille Suriya prezidenti Əhməd Şaranın 19-20 yanvar tarixlərində Berlinə işgüzar səfər edəcəyini açıqladı.

Turkustan.az xəbər verir ki, hökumət sözçüsünün müavini Hille Berlində keçirilən mətbuat konfransında bildirib ki, Suriya prezidenti Şara çərşənbə axşamı Merzin dəvəti ilə Almaniya kansleri Fridrix Merz ilə Kanslerlikdə görüşəcək və ardınca birgə mətbuat konfransı keçiriləcək.

Hille qeyd edib ki, bu görüşdən sonra Şara Almaniya Sənaye və Ticarət Palatasında Almaniyanın böyük şirkətlərinin nümayəndələri ilə dəyirmi masa müzakirəsində iştirak edəcək və əlavə edib ki, görüşdə iqtisadiyyat naziri Katerina Reyx və xarici işlər naziri Yohann Vadeful da iştirak edəcək.

Hille bildirib ki, Şara Berlin səfəri çərçivəsində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə də görüşəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ