Simonyandan İrana cavab: ABŞ bizdən niyə istifadə etsin ki?


Ermənistan heç vaxt dost İrana qarşı addım atmayıb və atmaq niyyətində deyil.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan İranın İrəvandakı səfirinin sərt açıqlamasını şərh edərkən deyib.

Simonyan bildirib ki, “Tramp yolu” layihəsi İran da daxil olmaqla, regiondakı bütün ölkələr üçün əlavə imkanlar yarada bilər:

“İranda daxili vəziyyət sabitləşdikcə və gərginlik azaldıqca rəsmi Tehran bu narahatlıqların əsassız olduğunu görəcək. İranın ondan çox qonşusu var, ABŞ hipotetik hərəkətlər etsə, Ermənistanla 23 kilometrlik sərhəddən niyə istifadə etsin ki? Ermənistan hakimiyyəti iranlı həmkarları ilə daim əlaqə saxlayır və yarana biləcək hər hansı şübhəni aradan qaldırmaq üçün bütün zəruri izahatları verməyə hazırdır”.

Qeyd edək ki, İranın İrəvandakı səfiri Xəlil Şirqulami Tehranın Ermənistanın ona düşmən qüvvələrin fəaliyyəti üçün platformaya çevrildiyi təəssüratında olduğunu demişdi. /axar.az/


MANŞET XƏBƏRLƏRİ