Tehran küçələrində nəqliyyat sıxlığı əvvəlki şöhrətinə qayıtsa da, kafelər, ticarət mərkəzləri və iş yerləri yenidən canlanıb.
Turkustan.az xəbər verir ki, üç gün əvvəl Tehranda başlayan normallaşma prosesi indi açıq şəkildə irəliləyir. ABŞ və İsrailin "Tehranı boşaltmaqla" hədələməsindən sonra şəhəri tərk edən vətəndaşların əksəriyyəti atəşkəs xəbəri ilə şəhərə qayıdıb və həyatı əvvəlki axarına qaytarır.
Tehran küçələrində nəqliyyat sıxlığı köhnə vaxtlarına qayıtsa da, kafelər, ticarət mərkəzləri və iş yerləri yenidən canlanıb. Şəhərin mərkəzində və yaşayış massivlərində küçələr sıxlaşır; vətəndaşlar gündəlik işlərinə qayıtmağın rahatlığını yaşayarkən, atmosferdə qarışıq duyğular da hiss olunur.
İnsanların üzündə həm dərin hüzn, həm də böyük qəzəb var. Kədərin əsasını müharibə nəticəsində insan tələfatı və ölkə iqtisadiyyatına vurulan zərbə təşkil edir. Digər tərəfdən, xüsusən də İranın ABŞ-la nüvə danışıqları davam etdiyi bir vaxtda onun hücuma məruz qalmaması cəmiyyətin ABŞ və İsrailə qarşı qəzəbini artırır.
Aytən Yaşar/ Turkustan.az