Dmitriyev: Putinlə Trampın söhbəti Qərbdə çaxnaşma yaratdı


Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı Qərb dərin dövləti və onun nəzarətində olan mediada proqnozlaşdırıla bilən panikaya səbəb olub.

Turkustan.az xəbər verir ki, bu fikri Rusiya prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Telegram kanalında bildirib.

"Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında dünənki telefon danışığı konstruktiv olub. Bu, Qərbin dərin dövləti və onun nəzarətində olan media tərəfindən proqnozlaşdırıla bilən panikaya səbəb olub", - Dmitriyev yazıb.

Onun fikrincə, dialoq və deeskalasiyanın mümkünlüyü ilə bağlı məhz belə siqnallar “onların yalana və qarşıdurmaya əsaslanan adi iş modelini” pozur.

Dmitriyevin qeyd etdiyi kimi, dialoq və əməkdaşlığın istənilən perspektivi Qərb və onun nəzarətində olan media tərəfindən idarə olunan qeyri-sabitlik üzərində qurulmuş sistem üçün birbaşa təhlükə kimi qəbul edilir. O vurğulayıb ki, dünyanın əksər ölkələrinin əsl maraqlarına xidmət edən və qlobal təhlükəsizliyin möhkəmlənməsinə töhfə verən qarşıdurma deyil, əməkdaşlıqdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ