Səudiyyə Ərəbistanı spirtli içki qadağasının ləğvi ilə bağlı xəbərləri təkzib etdi


Səudiyyə Ərəbistanı rəsmisi Səudiyyə Ərəbistanının 600 turizm bölgəsində 1952-ci ildən tətbiq etdiyi spirt qadağasını 2026-cı ilə qədər ləğv edəcəyi ilə bağlı xəbərləri təkzib edib.

Turkustan.az xəbər verir ki, “Reuters”in xəbərinə görə, Səudiyyə Ərəbistanı rəsmisi 73 ildir qüvvədə olan spirtli içki qadağasının yumşaldılmayacağını açıqlayıb.

Xəbərlərdə 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etməyə hazırlaşan krallığın spirtli içkilərin nəzarətli satışına icazə verəcəyi irəli sürülüb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ