Konserti öncəsi israilli müğənni Linetə qarşı etiraz görüntüləri ictimaiyyətdə geniş əks-səda doğursa da, keçmiş AK Partiya millət vəkili və Ankara Hacı Bayram Vəli Universitetinin rektoru Naci Bostancı da məşhur müğənnini dəstəkləyən açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Bostancı X hesabından etdiyi şərhdə: "Vokal sənətçisi Linet-i bəyənsəniz də, bəyənməsəniz də, Linetin konserti İsrail zülmünə reaksiya ünvanı ola bilməz. Niyyətləri aşan bu cür hərəkətlər fələstinlilərə fayda vermir, onlara zərər verir. Yalnız və yalnız tayfaçılığa əsaslanan konsert maneələri heç vaxt qəbul edilə bilməz" deyib.
AK Partiya rektoru Naci Bostancının sözləri prezidentin baş müşaviri Oktay Saralı çox əsəbiləşdirib. Bostancının paylaşımından sitat gətirən Saral: "Xeyirdir Bostancı? Qəzzada və dünyanın bir çox ölkəsindəki vəhşilikdən şikayətlənməyəcəksiniz, susacaqsınız, ancaq sionist müğənninin guya qurbanı olubmuş kimi cığallıq edəcəksiniz! Linetdən sizə nə var? Bu sözlər heç vaxt günahsız ola bilməz. O, istefaya göndərilməlidir"-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az