Köçəryan erməniləri qorxutdu: Türkiyə bizi sağ qoymayacaq, Rusiya ilə birləşməliyik


Ermənistan Rusiya ilə münasibətləri bərpa etməlidir.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan bir sıra KİV-lərə müsahibəsində deyib.

Robert Köçəryan xatırladıb ki, dünya birqütblü strukturdan çoxqütblü quruluşa doğru gedir, keçid dövrü qeyri-sabitliklə xarakterizə olunur və bu baxımdan Ermənistan da daxil olmaqla, təhlükələr artır.

"Təhlükələr var və onlar zərərsizləşdirilməyib. Türkiyə nə edir? Aydın məsələdir ki, Türkiyədə Osmanlı xəyalları yeni miqyas alır. Türkiyə türkdilli ölkələri öz liderliyi altında birləşdirməyə çalışır. Hətta ortaq hərbi qüvvələrdən də danışırlar. Bu təhlükədir, yoxsa yox? Təbii ki, təhlükədir. Bu kontekstdə biz daha ciddi hədəf olaraq Türkiyəyə qarşı tədbir almalıyıq, yoxsa sağ qalmayacağıq.

Türkiyənin çalışdığı böyük siyasi mənzərə, onların milli maraqlarıdır, biz onları günahlandıra bilmərik. Rusiya ilə münasibətlər bərpa edilməlidir - tərəfdaşlıq, strateji, müttəfiqlik. İran faktorunu da cəlb etməliyik. İran da bizim üçün dost ölkədir, ona görə deyil ki, qonşudur, oan görə ki, ortaq maraqlarımız var. Ermənistan-Rusiya münasibətlərində üçbucaq yaratmaq üçün İran komponentini cəlb etmək vacibdir”, - Köçəryan qeyd edib./publika.az

Tural


MANŞET XƏBƏRLƏRİ