Almaniya: Ukraynaya yardım edən ikinci ən böyük tərəfdaşıq


Almaniya Ukraynaya hərbi yardım göstərən ikinci ən böyük tərəfdaşdır.

Turkustan.az xəbər verir ki, bunu çərşənbə günü Almaniyanın müdafiə naziri Boris Pistorius Bundestaqda öz departamentinin növbəti qanunvericilik dövrü üçün iş proqramını təqdim edərkən deyib.

"Biz qətiyyətlə Ukraynanın tərəfindəyik... Rusiyanın aqressiv müharibəsi başlayandan bəri biz 38 milyard avrodan çox hərbi dəstək vermişik. Bu, Almaniyanı ABŞ-dan sonra dünyada Ukraynanın ən böyük dəstəkçisi edir. Biz Ukrayna əsgərlərini öyrədirik və lazımi avadanlıqla təmin edirik: hava hücumundan müdafiə sistemləri, artilleriya, zirehli maşınlar və pilotsuz təyyarələr. Bu, əhəmiyyətli məna daşıyan bir məsuliyyətdir"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ