Keçmişdə Eurovision Mahnı Müsabiqəsində iştirak etmiş 70-dən çox müğənni, musiqiçi və bəstəkar İsrailin müsabiqədən kənarlaşdırılmasını tələb ediblər.
Turkustan.az xəbər verir ki, 2009-cu ildə Eurovision Mahnı Müsabiqəsində Türkiyəni təmsil edən Hadisə Açıkgöz də daxil olmaqla müxtəlif ölkələrdən 70-dən çox keçmiş iştirakçı Avropa Yayım Birliyinə (EBU) İsrailin müsabiqədən çıxarılmasını tələb edən məktub imzalayıb.
Böyük Britaniyada fəaliyyət göstərən Artists for Fələstin Qrupu tərəfindən paylaşılan məktubda imzaçılar müsabiqənin bir hissəsi olan İsrailin KAN telekanalının "Qəzzada soyqırımın ortağı olduğu" səbəbiylə üzvlükdən çıxarılmasını tələb ediblər.
“Biz musiqinin birləşdirici gücünə inanırıq” deyilən məktubda bəşəriyyətə qarşı cinayətləri təmizləmək üçün musiqidən istifadə ilə bağlı narahatlıq ifadə olunub.
Aytən Yaşar/ Turkustan.az