Ağdam rayonunda mina təhlükəsizliyinə daur maarifləndirmə tədbirləri davam etdirilir


"Çıraq Humanitar və İnkişaf" İctimai Birliyi Ağdam rayonu, 27 avqust tarixində keçmiş təmas xəttinə yaxın olan Əfətli kəndinin sakinləri üçün mina təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib.
Layihə Qeyri-hökümət təskilatlarına Dövlət Dəstəyi Agentliyi, Qarabağ Dirçəliç Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikasının minatəmizləmə Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilir.
Tədbirdə Əfətli kənd sakinləri, kənd icra nümayəndəliyin və bələdiyyə üzvləri iştirak ediblər. Görüş zamanı iştirakçılara mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr, onların insan həyatı və sağlamlığı üçün yarada biləcəyi risklər barədə ətraflı məlumat verilib.
Maarifləndirmə tədbirində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) keçmiş əməkdaşı və mina qurbanı Elməddin Mirzəyev iştirak edib. Layihəsi çərçivəsində təlimçi xidməti kimi fəaliyyət göstərən Elməddin Mirzəyev iştirakçılara mina partlayışları nəticəsində baş verə biləcək xəsarətlər, bu xəsarətlərin ağırlıq dərəcəsi və həyat üçün yaratdığı təhlükələr barədə məlumat verib.
Tədbirin əsas məqsədi keçmiş təmas xəttinə yaxın ərazilərdə yaşayan və fəaliyyət göstərən şəxslərin mina təhlükəsi barədə məlumatlılığının artırılması, onların təhlükəli ərazilərdə davranış qaydaları ilə bağlı biliklərinin gücləndirilməsi və mina hadisələrinin qarşısının alınmasına töhfə vermək olub.Tədbir prosesində iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici bukletlər paylanılıb
Çıraq Humanitar və İnkişaf İctimai Birliyi layihənin icra planına uyğun olaraq mina təhlükəsizliyi ilə bağlı növbəti maarifləndirmə tədbirlərini Ağcabədi rayonu Hacılar kəndində və Füzuli şəhərində davam etdirməyi planlaşdırıb.


MANŞET XƏBƏRLƏRİ