Ukrayna ilin sonuna kimi bu şəhərləri itirə bilər


2026-cı ilin sonuna qədər Ukrayna Donetsk bölgəsindəki Çasov Yar və Kostyantinovkanı itirə bilər.

Turkustan.az xəbər verir ki, bu barədə ukraynalı hərbi-siyasi icmalçı Aleksandr Kovalenko bildirib.

O qeyd edib ki, hazırkı gedişata əsasən, Çasov Yar sentyabrın sonu və ya oktyabrın əvvəlində işğal edilə bilər.

Ekspert vurğulayıb ki, bu şəhər “əyləc” rolunu oynayıb - rus qoşunlarını iki ildən çox yubadıb və ya tükəndirib.

Onun fikrincə, ilin sonuna kimi Kostyantinovka şəhəri də işğala məruz qala bilər. /Axar.az/


MANŞET XƏBƏRLƏRİ