İranın Şərqi Azərbaycan əyalətinin valisi Bəhram Sərməst Təbrizdə ağır su böhranı ilə bağlı xəbərdarlıq edərək elan edib ki, Təbrizdə cəmi 75 günlük su qalıb.
Turkustan.az xəbər verir ki, Güney Azərbaycanda su böhranı daha da güclənir, belə ki, su nəqli layihələri, o cümlədən Araz çayının suyunun ötürülməsi layihəsi illərdir həyata keçirilmir. Buna baxmayaraq ölkənin farslar yaşayan mərkəzi əyalətlərinə, o cümlədən İsfahana isə Oman dənizində su borusu çəkilib.
Tehranda isə su qıtlığı səbəbindən ictimai yerlərdə, parklardakı tualetlər bağlanıb.