ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda binanın çökməsi nəticəsində iki nəfər həyatını itirib, 17 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, Nyu-York Yanğından Mühafizə İdarəsinin (FDNY) rəsmiləri hadisənin dünən yerli vaxtla saat 16:01-də Bruklinin mərkəzində, Nyukirk və Flatbuş küçələri arasında baş verdiyini açıqlayıblar.
FDNY komissarı Lillian Bonsignore hadisə yerində xilasetmə əməliyyatlarının uzun çəkəcəyini bildirib.
“Dağıntılar altında axtarış-xilasetmə əməliyyatları son dərəcə təhlükəlidir. Hər addım əvvəlcədən planlaşdırılır. Bu, həm zərərçəkənlərin vəziyyəti, həm də əməkdaşlarımızın təhlükəsizliyi baxımından vacibdir. Komandalarımız hadisə yerinə çatdıqları vaxtdan etibarən sistemli və fasiləsiz şəkildə çalışırlar”, – deyə o qeyd edib.


Aytən Yaşar/Turkustan.az