“Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində dövlət dilinin qorunması, qlobal çağırışlar fonunda inkişaf etdirilməsi ilə bağı ətraflı bəhs etməsi, dövlətin dilimizə qayğısı və həssaslığının ali səviyyədə bir göstəricisidir və hamını bu mövzuya səfərbər edir”.
Bu sözləri “Türküstan”-a açıqlamasında "Soyqırım Həqiqətlərinin Tanıdılması" İctimai Birliyinin sədr müavini Ayşən Fəxrəddinqızı söyləyib.
A.Fəxrəddinqızı bildirib ki, müasir dövrdə qloballaşma, innovasiyaların geniş tətbiqi dilimizə yeniliklər gətirməklə yanaşı, bir sıra fəsadlar da ortaya çıxarır: “Doğrudur, bu gün dünyada demək olar ki, bütün dillər bu kimi təhdidlərlə üz-üzədir. Amma, müvafiq dövlət qurumları dinamik şəkildə yeni söz yaradıcılığı ilə məşğul olsalar, yeni ortaya çıxan hər hansı əşya, xidmət və s. İlə bağlı artıq milli sözümüz mövcud ola bilər”.
2013-cü ildə qloballaşma şəraitində Azərbaycan dilinin istifadəsi və inkişaf etdirilməsi ilə bağlı Dövlət Proqramının qəbul olunduğunu xatırladan A.Fəxrəddinqızı bildirib ki, bu proqram əsasında dilin müdafiəsi işini qurmaq daha effektiv olar”.
B.Səlimov/Turkustan.az