Zelenski Rusiyanın mümkün kütləvi hücumu ilə bağlı xəbərdarlıq etdi


Vətəndaşlar hava xəbərdarlıqlarına əməl etməyə və sığınacaqlara getməyə çağırılır.

Turkustan.az xəbər verir ki, prezident Volodimir Zelenski bu gecə Rusiyanın Ukraynaya qarşı yeni kütləvi hücum həyata keçirə biləcəyi barədə məlumatların olduğunu bildirib və vətəndaşları hava xəbərdarlıqlarına ciddi şəkildə əməl etməyə çağırıb.

“Bu gecə Rusiyanın yeni kütləvi hücumunun mümkünlüyü ilə bağlı məlumatlar var. Bu gün və sabah hava həyəcan siqnallarına daim diqqət yetirmək və sığınacaqlara getmək son dərəcə vacibdir. Ruslar dəyişməzdirlər — onlar hava şəraitindən istifadə etməyə çalışırlar. Mən hökumətə yerli icra hakimiyyəti orqanlarına kömək göstərməyi və prosesə cəlb olunan hər kəsə maksimum dəstək verilməsini tapşırdım”, — deyə Zelenski qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ