Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ı beynəlxalq dəniz qanunlarına hörmət etməyə və ələ keçirdiyi Rusiyada qeydiyyatdan keçmiş tankerə qarşı "qanunsuz hərəkətlərini" dayandırmağa çağırıb.
Turkustan.az xəbər verir ki, bəyanatda bu vəziyyətin narahatlıq doğurduğu qeyd olunur və ABŞ tərəfinə dəfələrlə sözügedən tankerin Rusiyada qeydiyyatdan keçdiyi və Rusiya bayrağı altında üzdüyü barədə məlumat verildiyi qeyd olunur.
Bəyanatda deyilir: "Bu halda, Amerika əsgərlərinin açıq dənizdə gəmiyə minməsi, gəminin ələ keçirilməsi və heyət üzvlərinin girov götürülməsi beynəlxalq dəniz hüququnun prinsip və normalarının, eləcə də naviqasiya azadlığının pozulması hesab edilə bilər".
Bəyanatda tanker sahibinin qanuni hüquq və mənafelərinin pozulduğu qeyd edilib və gəmi heyətinə qarşı irəli sürülən ittihamların qəbuledilməz olduğu vurğulanıb.
Rusiya neft tankeri ilə bağlı vəziyyətin Avro-Atlantik bölgəsində hərbi və siyasi gərginliyə səbəb ola biləcəyinə işarə edən bəyanatda aşağıdakılar qeyd olunub:
"Biz Vaşinqtonu beynəlxalq dəniz hüququnun fundamental norma və prinsiplərinə riayət etməyə və açıq dənizdə qanuni fəaliyyətlə məşğul olan Marinera tankerinə və digər gəmilərə qarşı qanunsuz hərəkətlərini dərhal dayandırmağa çağırırıq. Biz Amerika tərəfindən tankerdəki Rusiya vətəndaşlarına qarşı insani rəftarın təmin edilməsini, onların hüquq və mənafelərinə hörmət edilməsini və mümkün qədər tez vətənə qayıtmalarına icazə verilməsini tələb edirik."
Aytən Yaşar/ Turkustan.az