Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ABŞ prezidenti Donald Trampın ABŞ-ı 31 BMT agentliyi də daxil olmaqla, ümumilikdə 66 beynəlxalq təşkilatdan çıxarmaq qərarından təəssüf hissi keçirdiyini bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında açıqlama verib.
Dujarrikin sözlərinə görə, Baş katib Ağ Evin ABŞ-ın bir sıra BMT agentliklərindən çıxmaq qərarı ilə bağlı yaydığı bəyanatdan məyusluq duyur. O vurğulayıb ki, BMT Baş Assambleyası tərəfindən təsdiqlənmiş müntəzəm büdcə və sülhməramlılıq büdcəsinə töhfələr, Birləşmiş Ştatlar da daxil olmaqla, bütün üzv dövlətlər üçün BMT Nizamnaməsinə əsasən hüquqi öhdəlikdir.
Aytən Yaşar/ Turkustan.az