ABŞ-da yerləşən Axios veb saytı, Amerika rəsmilərinə istinadən, planın ikinci mərhələsi ilə bağlı iddialar barədə məlumat yayıb.
Turkustan.az xəbər verir ki, rəsmilərin sözlərinə görə, ABŞ prezidenti Trampın planın bir hissəsi olaraq gələn həftə "Qəzza Sülh Şurası"nı elan etməsi gözlənilir və Trampın sədrlik edəcəyi şurada təxminən 15 ölkənin liderinin iştirak edəcəyi gözlənilir.
Rəsmilər bildiriblər ki, bu struktur "Fələstin texnokratik hökumətinin formalaşdırılmasına və yenidənqurma prosesinə" nəzarət edəcək və şurada iştirak etmək üçün əsas ölkələrə dəvətnamələr göndərilib.
Rəsmilər qeyd ediblər ki, şuraya qoşulması gözlənilən ölkələr arasında Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Səudiyyə Ərəbistanı, Qətər, Misir və Türkiyə var.
Aytən Yaşar/ Turkustan.az