“Azərbaycandan yeni neft məhsullarının daxil olması ilə əlaqədar Ermənistanda benzinin qiymətlərinin azalması gözlənilir”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
“2025-ci ildə Azərbaycan ərazisi vasitəsilə Ermənistan Respublikasına 6 580 ton buğda gətirilib. 1 000 ton Qazaxıstan, 5 580 ton Rusiya istehsalı, həmçinin 1 210 ton Azərbaycan benzin məhsulu idxal olunub.
2026-cı ilin 8 yanvar tarixinə Azərbaycan ərazisi vasitəsilə Ermənistana artıq 8 485 ton Rusiya buğdası gətirilib, əlavə 4 103 ton isə yolda idi. Həmçinin, yolda 7 600 ton Azərbaycan neft məhsulları var. Bunların 6 100 tonu benzin, 1 500 tonu isə dizel yanacağıdır.
Yanacaq və dizel yanacağının qiymətinin əvvəlki ayla müqayisədə litr başına 80 dramadək azalması gözlənilir”, – o qeyd edib./Globalinfo.az